İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan “Kaşaqan”da işləyən neft nəhənglərinə qarşı 150 milyard dollarlıq iddia qaldırıb

Qazaxıstan hökuməti “Kaşaqan” neft yatağının işlənməsi ilə məşğul olan şirkətlərə qarşı itirilmiş mənfəətin bərpası tələbi ilə 150 milyard dollarlıq iddia qaldırıb. Rəsmi Astana bildirir ki, iddia sırf kommersiya mübahisəsidir və arbitraj prosedurları ilə həll olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi hər hansı təfərrüatları açıqlamaqdan çəkinərək məlumat yayıb: “NCOC konsorsiumu ilə arbitraj iddiasına dair dərc edilmiş məlumatla bağlı Qazaxıstanın Energetika Nazirliyi aşağıdakıları bildirir: Şimali Xəzər layihəsi üzrə HPBS-nin müddəalarına əsasən, arbitraj mübahisələri və iddialarının təfərrüatları sırf kommersiya sirridir və açıqlanması mümkün deyildir. Bu, tərəflərin arbitraj prosedurları ilə həll etmək niyyətində olduqları müstəsna kommersiya mübahisəsidir”.

Xatırladaq ki, Bloomberg daha əvvəl Qazaxıstanın “Kaşaqan” neft layihəsinin operatoru NCOC-a (North Caspian Operating Company) qarşı arbitraj iddialarını artıraraq, xərclərlə bağlı mübahisəyə əlavə olaraq 150 milyard dollardan artıq itirilmiş mənfəətin kompensasiyası tələbini də əlavə edib.

2023-cü ildə Qazaxıstan hakimiyyəti “Qaraçaqanak” və “Kaşaqan” neft yataqlarını işlədən şirkətlərə qarşı icazəsiz xərclərə görə 3,5 milyard və 13 milyard dollar məbləğində iddialar qaldırıb.

“Kaşaqan” son onilliklərdə kəşf edilmiş ən böyük neft yataqlarından biri hesab olunur. Onun çıxarıla bilən ehtiyatları, ekspertlərin fikrincə, 9-13 milyard barel neftdir. “Kaşaqan”da kommersiya hasilatına 2016-cı ilin payızında başlanılıb.

Yatağı işləyən konsorsiuma Eni, Shell, TotalEnergies, Exxon Mobil, KazMunayqaz , Inpex və CNPC şirkətləri daxildir. Onların yatağa indiyədək 50 milyard dollar investisiya yatırdıqları bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR