İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan benzin və dizel yanacağının ixracına qoyulan qadağanı uzatmaq istəyir

Qazaxıstanda avtomobil yolu ilə benzin, dizel yanacağı və bəzi neft məhsullarının ixrac edilməsinə qoyulan qadağanın uzadılması planlaşdırılır.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu, daxili yanacaq-sürtkü bazarında neft məhsulları qıtlığının qarşısını almaq üçün edilir.

Energetika və daxili işlər nazirlərinin və Milli Təhlükəsizlik Komitəsinin rəhbərinin benzin, dizel yanacağının və bəzi neft məhsullarının ixracına qadağanın tətbiqini nəzərdə tutan birgə əmrinin qüvvədə olma müddəti uzadılacaq. 

Qadağa sürtkü yağlarının ixracına və neft məhsullarının istehsalçı tərəfindən verilmiş avtonəqliyyat vasitələrinin qaz çənlərində, habelə tədqiqat işləri üçün aviasiya yanacağının ixracına şamil edilmir.

Xatırladaq ki, Qazaxıstanda yanacaq qonşu ölkələrlə müqayisədə daha ucuzdur. Bununla bağlı əvvəllər dizel yanacağına diferensiallaşdırılmış tariflər tətbiq edilib, yəni xarici vətəndaşlar üçün bu, daha bahadır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR