İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxın kəndləri uğrunda MÜHARİBƏ başlayır – ermənilər ANONS verdilər - Tural Abbaslı ilə CANLIda

“Bizim, yəni “artsax”ın (məhv olmuş qondarma rejim – red.) üç “prezidenti” hazırda Bakıdadır, buna görə dünya qarşısında utanırıq”. Bunu erməni politoloq Sasun Mikayelyan deyib. O bildirib ki, cari ildə anklavlarla bağlı müzakirə qızışacaq:

“2024-cü ildə anklavlar uğrunda mübarizə aparmalı olacağıq”.

S.Mikayelyanın sözlərinə görə, rəsmi İrəvan Qarabağı tam unutdurmaq üçün konstitusiya dəyişikliyinə getmək istəyir:

“Hazırda hakimiyyət konstitusiyanı dəyişmək istəyir ki, Qarabağ məsələsi bağlansın, diqqətdən kənarda qalsın”.

Qeyd edək ki, Qazaxın 8, Naxçıvanın isə Kərki kəndi hələ də işğaldadır. Bundan başqa, Ermənistan Başkəndə iddia edir. Sasun Mikayelyan “anklavlar” deyərkən çox güman bunları nəzərdə tutur.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR