İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda təhsil müəssisəsində xeyli miqdarda büdcə vəsaiti mənimsənilib, cinayət işi açılıb

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində xeyli miqdarda büdcə vəsaiti mənimsənilib, cinayət işi açılıb.

Bu barədə Musavat.com-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsasssız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR