İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva məhkəməsi Şahin Abbasovla bağlı QƏRAR VERƏCƏK

Oktyabrın 1-də Moskva Şəhər Məhkəməsi azərbaycanlı Şahin Abbasov və onun qohumları barədə hökmünü açıqlayacaq.

Musavat.com xəbər verir ki, onlar 2024-cü ilin aprelində baş vermiş, rusiyalı motosikletçi Kirill Kovalyovun qətli ilə bağlı mühakimə olunurlar.

Qeyd edək ki, hadisə böyük ictimai rezonans doğurub.

İstintaqın məlumatına görə, 17 aprel 2024-cü ildə Kovalyov Abbasova həyətə qoyduğu maşınla bağlı irad bildirib. Cavabında Şahin Abbasov ona bıçaq zərbəsi vurub. Kovalyov yerdə olarkən Abbasovun dostu ona daha bir neçə zərbə endirib.

Hadisədən sonra Şahin Abbasov iki qohumu ilə Moskvadan qaçıb. Onların gizlənməsinə Abbasovun atası Nizami Abbasov telefonla göstəriş verib. Onları yalnız Rostov vilayətində saxlamaq mümkün olub.

Həmin gecə Moskva DYP inspektoru Dmitri Bovtunov Abbasovların avtomobilini saxlayıb, lakin sənədsiz sürücünü 30 min rubl (təxminən 900 AZN) rüşvət alaraq buraxıb. Bovtunov sonradan 3,5 il həbs cəzası alıb.

Qeyd edək ki, Şahin və Şöhrət Abbasovlar qrup halında, xuliqanlıq niyyəti ilə adam öldürməkdə (Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi) ittiham olunurlar.

Ata Nizami Abbasov, dayı Baxtiyar Abbasov və Nahid Hüseynov isə qətldə iştirak və iki epizod rüşvət verməkdə ittiham edilirlər.

Prokurorun ittiham aktına görə, Şahin Abbasov - 17 il, Şöhrət Abbasov - 14 il, İsaxan Abbasov - 16 il, digər qohumlar isə 9,5 ilədək həbs cəzası tələb olunur.

Şahin Abbasovun müdafiəçisi hadisənin “ehtiyatsızlıqdan adam öldürmə” kimi qiymətləndirilməsini, digər vəkillər isə qohumların maksimum halda cinayəti gizlətməkdə ittiham oluna biləcəyini bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR