İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu sahəyə gəlməyimin səbəbkarlarından biri olub” – Elməddin Cəfərov

“Bu sahəyə gəlməyimin səbəbkarlarından biri olub”.

Musavat.com xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov mərhum Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

E.Cəfərov Cabir İmanovun onun sənət yoluna təsirindən danışıb:

“Mənim bu sahəyə gəlməyimin ən böyük səbəbkarlarından biri olub. Cabirə baxıb bu sənəti sevməyə başlamışam. 2008-ci ildə birgə konsertimiz olmuşdu. Xəbəri eşidəndə şok yaşadım, başım ağrıdı. Bəlkə də o getdi, biz qaldıq, doğrusunu Allah bilər. Amma ölüm bu qədər gəncləşməməlidir. Gənclik illərimdə fanatı olduğum bir aktyoru, həmkarımı itirdim. İnciməsinlər, amma çox sənət adamından daha yaxşı insan idi. Belə bir insanı itirdiyimiz üçün çox üzülürəm. Allah rəhmət etsin”.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR