İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaryan: “Azərbaycan Paşinyan üçün Qafanda “alçaldılma seansı” təşkil edib” 

“Sünik Azərbaycanın potensial hədəfidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia Ermənistanın Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri və Polşadakı keçmiş səfiri Edqar Qazaryan tərəfindən səslənib.

“Azərbaycan “Zəngəzur dəhlizi”nin tezliklə açılışını və bu istiqamətdə işlərin 70 faizinin tamamlandığını elan edib. Belə çıxır ki, bu məsələnin həllinə çox az vaxt qalıb. Paşinyan isə Bakının Ermənistandakı iradəsinin icraçısı olduğundan, görünür, Azərbaycan rəhbərliyinin tapşırığı ilə orada hər şeyin lazımınca həyata keçirilib-keçirilmədiyini yoxlamaq üçün Sünikdə olub. Unutmayaq ki, 6 milyard dram dəyərində subvensiya proqramları xüsusi olaraq yol tikintisinə yönəlib”, - deyə Qazaryan bildirib.

Qazaryanın sözlərinə görə, bununla paralel olaraq Bakı Ermənistan üçün “alçaldıcı seanslar” təşkil etməkdən həzz alır. O, heç bir əsas olmadan Qafan hava limanının Azərbaycan tərəfindən atəşə tutulduğunu bildirib. Revanşist siyasətçinin fikrincə, hadisə ilə bağlı insidentin Azərbaycan tərəfi ilə birlikdə araşdırılmasına hazır olduğunu bildirən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatı bu fonda olduqca gülünc görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR