İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz pulunu ödəyə bilməyən Əlisa Nicatla bağlı YENİ XƏBƏR - Bir gecəyə 7 min manat toplandı

Xəbər verdiyimiz kimi, ötən gün "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib.

Musavat.com-un məlumatına görə, paylaşımda 87 yaşlı yazıçının sosial təminatının aşağı olduğu üçün evində gün boyu cəmi 2-3 saat qaz yandıra bildiyi vurğulanıb.

Əlisa Nicata yardım məqsədilə kampaniya başladan Şahbaz Xuduoğlunun paylaşımından sonra şəraitsiz vəziyyətdə yaşayan yazıçı üçün 6987 manat toplanıb və onun evində istilik sisteminin quraşdırılmasına başlanıb.

WhatsApp Image 2022-12-02 at 18.10.06.jpeg (83 KB)

"Qanun" nəşriyyatının direktorunun sözlərinə görə, bir neçə özəl şirkət, həmçinin futbolçu Qara Qarayev kömək təklif edib:

“Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif etdi. Yardım təkliflərinin, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. İnsanların yardım etmək fürsətindən yararlanmalarından məmnun qalıb. Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum ki, bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!”

Musavat.com

WhatsApp Image 2022-12-02 at 18.10.08.jpeg (174 KB)

WhatsApp Image 2022-12-02 at 18.10.03.jpeg (107 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR