İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayda pozmayan sürücülərə cərimə protokolları gəlib -VİDEO

Yol hərəkəti qaydalarını pozmayan sürücüyə cərimə protokolu gəlib.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Ağdam sakini Ramin Rasimoğlunun başına gəlib.

O deyib ki, avtomobillərin dövlət qeydiyyat nişanları oxşar olduğundan cərimələrin ünvanı səhv salınıb.

Ramin Rasimoğlu qeyd edib ki, ona yazılan cərimələri bir dəfə ödəyib. Lakin sonradan cərimə yazılan avtomobilin ona məxsus olmadığını öyrənib.

Bənzər hadisə ilə Tovuz rayon sakini Ramin Hüseynov da qarşılaşıb. Bu hadisədə də aldadıcı məqam avtomobillərin dövlət nömrə nişanlarının oxşarlığı olub. Ancaq Ramin Hüseynov avtomobilin ona məxsus olmadığını dərhal anlayıb.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, Ağdam sakininin müraciəti hazırda araşdırılır.

Tovuz rayon sakininin üzləşdiyi problem isə artıq həll edilib. Texniki səhv nəticəsində onun adına yazılan cərimə silinib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR