İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarşı tərəf itki verib və geri çəkilib" - Ukrayna İzyum yaxınlığında əks hücuma keçib

Ukrayna silahlı qüvvələri İzyum yaxınlığında əks hücuma keçib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının Operativ Qərargahının nümayəndəsi Sergey Bratçuk Facebook səhifəsində məlumat verib.

"Ukrayna Silahlı Qüvvələri İzyum yaxınlığında əks hücuma keçdi! Bu istiqamətdə ukraynalı müdafiəçilərin aktiv hücum hərəkətləri nəticəsində düşmən Topolskoye, Şpakovka, Donetsk yaşayış məntəqələri ərazisində itki verib və geri çəkilib", - o yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR