İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarın bitməyən fəsadları – Sürüşmə zonaları aktivləşir - VİDEO

Əvvəli gözəl olsa da, sonrası bəzən yaxşı olmur.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, söhbət bir neçə gündür ölkə ərazisində yağan qardan gedir.

Geoloqlar deyir ki, gözəlliyi ilə göz qamaşdırsa da, əridikdən sonra qarın bəzi fəsadları olur. Əsas da qarın tədricən əriyib torpaq qatlarına qarışmasıdır ki, bu da sürüşmə zonalarında aktivliyi artıra bilər.

Geoloq Ənvər Əliyev deyir ki, paytaxtın bəzi sürüşmə zonalarında qardan sonra sürüşmə proseslərində aktivlik müşahidə oluna bilər. Onun sözlərinə görə, qar yağıntısının yaratdığı sürüşmə, yağışla müqayisədə daha təhlükəli olur.

Ənvər Əliyev bildirib ki, bölgələrdə də qarın bol yağması həmin ərazilər üzrə də sürüşmə sahələrini aktivləşdirə bilər. Xüsusən də meşə ətrafı ərazilərdə.

Onun sözlərinə görə, qarın sürüşmə kimi fəsadları olsa da, torpağa faydası çoxdur. Yağış suları torpağın üst qatı ilə getdiyi halda qarın tədricən hopması torpağın münbitliyini artırır.

Daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR