İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qardaşımızın əvəzinə əsgərliyə Məhəbbət getdi"

"Məhhəbbət ailədə heç kimi incitmirdi. Çöldə fərqli, evdə tam başqa adam idi. Ailəsi üçün çox fədakarlıqlar edib".

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşı Qənimət Kazımov “Günaydın Azərbaycan” verilişində deyib. O, Məhhəbətin kiçik qardaşı Əhliyadın yerinə hərbi xidmətə getdiyini də açıqlayıb:

"Qardaşımız Əhliyadın əvəzinə də əsgərliyə Məhəbbət gedib. O vaxt şəxsiyyət vəsiqəsi yox idi. Üstündə möhürü olan balaca kağız verirdilər. Əhliyadı çağırdılar, onun yerinə Məhəbbət getdi. Bir il Rusiyada xidmətdə oldu".

Qeyd edək ki, Məhəbbət Kazımov 2014-cü il, yanvarın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR