İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qardaş Köməyi Platforması" yardım kampaniyasına başlanıldı

Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı yardım kampaniyaları təşkil edilib.

Bu barədə Musavat.com-a  Türkiyənin Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat verib. O, Bakı Türk Təhsil Qurumları, Türkiyə Əsri Birlik və Həmrəylik Platforması və Qardaş Köməyi Platforması yardım kampaniyalarına başlanıldığını qeyd edib.

"Qardaş köməyinə, qardaşlarımızın səsinə ehtiyacımız var. Aşağıda nömrələri və adları qeyd olunan kampaniyaya sizləri dəvət edir, dəstəyinizi gözləyirik”,- deyə Selçuk Karakılıç əlavə edib. 

Zəlzədən zərərçəkənlərə qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Xalidə Gəray Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR