Onlayn ictimai-siyasi qəzet
“Ermənistan səssiz, görünməz dövlətə çevrilir. Bu, son dərəcə təhlükəlidir. Qarabağ da təxminən son 9-10 ayda belə olub və bu, fəlakətə gətirib çıxarıb. Ermənistanın indi də eyni yolla getməsindən ciddi narahatlığım var”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Alternativ layihələr” adlı qrupun rəhbəri, yerli politoloq Vahe Ovannisyan yazıb.
“Formal olaraq “rəsmi İrəvan” adlı bir hakimiyyət var. Amma biz bilirik ki, əslində bu qərarvermə mexanizmləri və motivləri ciddi suallar doğuran adamdan ibarətdir. İndi hətta mövcud formal hökumət də tam qarışıqlıq içindədir. Ermənistan artıq dövlət, milli maraq və gündəm formalaşdırmaq iqtidarında olmayan simasız dövlətə çevrilir. Məhz belə dövlətlərdən yeni güzəştlər tələb olunur. Güc mərkəzləri bu cür dövlətlərin üzərində və hesabına danışıqlar aparır”, - deyə erməni ekspert qeyd edib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ