İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə yaxın vaxtlarda yenidən görüş keçiriləcək

Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR