İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın bərpasına ayrılan vəsait artırılır - maliyyə naziri

Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov bəzi məsələlərə aydınlıq gətirildi. Nazir bildirdi ki, işğaldan azad edilmiş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılacaq vəsaitlərin xüsusi çəkisi dövlət büdcəsində yüksək olacaq.

S.Şərifov qeyd etdi ki, ayrılan vəsaitlər Qarabağ və Şərqi Zəngəzurun vacib infrastrukturunun bərpa edilməsinə yönəldilib. Vurğulandı ki, 2022-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş vəsaitlərin bərpasına və yenidənqurulmasına ayrılan vəsait 470 milyon artırılaraq 2 milyard 670 milyon manata çatdırılır.

Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul edildi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR