İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı Rusiya hərbi kontingentindən növbəti böhtan - FOTO

Azərbaycan ərazilərinə erməni quldur dəstələrinin, qanunsuz silahlı qüvvələrin silah-sursat daşımasına, 2021-ci il Ermənistan istehsalı olan minlərlə minanın basdırılmasına şərait yaradan Rusiyanın “sülhməramlı” hərbi kontingenti son günlər ərzində növbəti dəfə Azərbaycanı ittiham edən açıqlama ilə çıxış edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti 24 iyun saat 19.00-da yaydığı bülletendə atəşkəsin Azərbaycan tərəfdən pozulduğunu iddia edib. İddia olunub ki, atəşkəsin bir dəfə pozulması halı “Maqavuz” – söhbət Tərtər rayonunun Çardaqlı kəndindən gedir – istiqamətində qeydə alınıb.

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin komandanlığı ənənəsinə sadiq qalaraq yenə də “Dağlıq Qarabağ”, həmçinin “Maqavuz” kimi yarlıqlardan istifadə ediblər və qeyd olunduğu kimi, Azərbaycanı ittiham mövqeyini sərgiləyiblər.

Görünür general-mayor Volkovun rəhbərlik etdiyi rus kontingent Azərbaycanın dədil-sübutlarının qarşılığında şər-böhtana əl atıblar. Ötən həfdə də Rusiya kontingenti erməni separatçılarının saxta xəbərinin ardınca eyni məzmunlu məlumat yayaraq Azərbaycanı ermənilərə məxsus texnikaya atəş açmaqda ittiham etmişdilər. Hansı ki, son iki gün ərzində Qarabağdakı erməni silahlılar Şuşa, Xocalı, Füzuli istiqamətində hərbçilərimizi atəşə tutublar, amma bütün bu faktlar Volkovun bülletenlərində əksini tapmayıb.

 

Musavat.com

fh54edfderf.jpg (58 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR