İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı erməni separatçılar əhalinin sayını şişirdirlər

Qarabağdakı erməni separatçıları öz əhalisinin sayını “şişirtmək” istəyirlər.

Konkret.az xəbər verir ki, Xankəndidə keçirilən “parlament”ın dünənki iclasında “seçki məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi” təşəbbüsü irəli sürülüb.

Nəticədə Ermənistanın separatçı anklavında seçkilərdə səsvermə hüququ “təkcə qeydiyyat yerində deyil, həm də yaşayış yeri üzrə” veriləcək.

Belə olan halda nə vaxtsa Qarabağda yaşamış, lakin oranı tərk etmiş ermənilər səsvermədə iştirak edə biləcəklər.

Nəticədə separatçı liderlər seçkilərdə iştirak edənlərin sayının Qarabağdakı ermənilərin faktiki sayından qat-qat çox olduğunu iddia edəcəklər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR