İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağda yolun bu gün açılacağı barədə şayiələr yayılıb" - "Hraparak"

Qarabağda yolun bu gün açılacağı ilə bağlı şayiələr yayılıb.

Konkret.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

“Bir gün əvvəl Qarabağda şayiələr yayıldı ki, “prezident” Arayik Arutyunyan Azərbaycan hakimiyyətinin nümayəndələri ilə görüşündə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə yolun yanvarın 20-də, yəni bu gün açılacağı barədə razılığa gəliblər.

Siyasi dairələrdən apardığımız sorğu nəticəsində məlum oldu ki, bu, çətin ki, belədir. Çünki həmin görüşdən sonra Arutyunyan “parlament üzvləri” ilə qapalı müzakirə aparıb və Azərbaycanın tələblərini qəbul etmədiyini bildirib. Deməli, yolun açılması məsələsi yenə qeyri-müəyyən qaldı.

Azərbaycanın tələblərinə gəlincə, biz bu barədə artıq yazmışıq: Ruben Vardanyanın ölkədən çıxarılması, ordunun darmadağın edilməsi, mina əməliyyatlarının dayandırılması, rentgen skanerlərinin quraşdırılması və keçid məntəqəsində Azərbaycan sərhədçilərinin olması”, – deyə qəzet bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR