İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda ruslardan QUDURĞANLIQ: bayrağımızı söküb atdılar - Elxan Şahinoğlu ilə CANLI

Rusiya sülhməramlı qüvvələri Laçında Həkəri çatının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıblar.

Bu barədə erməni mediasına istinadən xəbər verir.

Bu gün səhər saatlarında yayılan görüntülərdə Rusiya sülhməramlı qüvvələrinin əsgərlərinin bayrağımızın asıldığı dirəyi aşırdığı öz əksini tapıb. Onların bu addımı nə üçün atdığı hələki məlum deyil. Sülhməramlıların ərazidə öz missiyalarını yerinə yetirə bilməmələri artıq hər kəsə məlumdur. Son aylar dəfələrlə baş verən erməni təxribatlarını sadəcə müşahidə edən sülhməramlıların bayrağımıza qarşı bu cür davranışı heç də sülhdən yana bir hərəkət deyil.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR