İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda QARŞIDURMA: Əsgərimiz nişan aldı, ruslar yalvardı... - Görüntülər CANLI-da

Qarabağdakı erməni terrorçuların təxribatına qarşı Azərbaycan Ordusunun cavab tədbirləri hazırladığını əks etdirən görüntü yayılıb.

Musavat.com xəbər verir ki, rus sülhməramlı əsgərimizdən terrorçulara qarşı atəş açmamasını, məsələni aydınlaşdıracaqlarını bildirir. Əsgərimiz yalnız öz komandirindən aldığı əmrdən sonra dayanır.

Məsələyə aydınlıq gətirən “Caliber” yazıb ki, video kəsilib və kontektdən çıxarılıb: “Kontekstdən çıxarılan kəsilmiş videoçarx Rusiyanın resursları vasitəsilə “sülhməramlılara ehtiyac”ı nümayiş etdirmək və onların “qəhrəmancasına səyləri” ilə Azərbaycanın “minaatanlardan atəşə tutmasının” qarşısının alındığı görüntüsünü yaratmaq məqsədilə yayılıb.

Bu, məhz Bakının Brüsseldə məhsuldar görüş ərəfəsində Xankəndidəki quldur rejimin qaçaqmalçılığı üçün kranı bağladığı anda baş verir”.

TVMusavat-ın saat 16:00-da canlı efirində “Həftə içi”nin qonağı professor Qabil Hüseynli bölgədəki bu gün baş verənləri qiymətləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR