İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda gərginlik artdı: iki erməni öldürüldü - CANLI

Azərbaycanın Qarabağ bölgəsində mövcud olan qanunsuz silahlı birləşmələr itki verib. Musavat.com erməni mediasına istinadən bildirir ki, 2 erməni terrorçu güllə yarasından ölüb.

Onların harada, hansı şəraitdə öldüyü bildirilmir. Amma erməni separatçlar Azərbaycanı ittiham ediblər. Qeyd olunub ki, hadisə martın 25-i, günorta vaxtı baş verib. Qondarma rejimin yaydığı məlumat: “Martın 25-də 2 müqaviləli hərbçi həlak olub. Bu gün saat 14:00-a olan məlumata görə, Artsaxın [Qarabağ] şərq sərhədində vəziyyət son dərəcə gərgin olmaqda davam edir”.

Əsgəran rayonuna aid Fərruxkəndin erməni “meri” Vardan Mikayelyan isə deyib ki, Azərbaycan hərbçiləri kənddədir: “Sayları çox idi. Silah-sursatla kəndə girdilər. Sülhməramlılar da kəndimizdə idi, cavanların bir neçəsi də silahlı idi. Ancaq onlar çox olduqlarından bir şey edə bilmədilər. Hər şey bir anda oldu. Kənd camaatı yalnız o an əlinə düşəni, əsasən də paltarlarını özləri ilə apara bildilər. Mal-mülk, heyvanlar və maşınlar kənddə qaldı”. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

TVMusavat-ın saat 15:40-da canlı efirində Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə Qarabağdakı son gərgin vəziyyəti və Ukrayna-Rusiya müharibəsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR