İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda biznes fəaliyyəti göstərmək üçün 1 100 müraciət daxil olub

Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 100 müraciət daxil olub.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

"Bunlar həm yerli, həm də xarici sahibkarlardır. Müraciətlər əsasən tikinti, xidmət, kənd təsərrüfatı, sənaye sektorlarını əhatə edir. 400-ə yaxın müraciət xarici iş adamlarının payına düşür. ABŞ, Avropa ölkələri , BƏƏ, Çin, İndoneziyadan müraciətlər var, tezliklə biznesə başlamaq istəyirlər. Hələ ki, Qarabağda gündəlik təlabat duyulan obyektlər açılıb", - deyə o, qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR