İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda 5 erməni muzdlu əsgər yaralanıb -erməni mediası

Ötən gecə Qarabağdakı qanunsuz silahlı birləşmələrin 5 “hərbçi”si güllə yarası alıb. Musavat.com xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb.

Bildirilir ki, “Artsax müdafiə ordusunun” (?!-red.) 5 müqaviləli hərbçisi müxtəlif dərəcəli güllə yarası alıb. Onların həyatına təhlükə olmadığı bildirilir. Erməni tərəf ənənəsinə sadiq qalaraq bu hadisəyə görə də Azərbaycanı günahlandırıb.

Qeyd edək ki, bir neçə saat əvvəl Qarabağdakı separatçılar Azərbaycan ordusunun irəlilədiyini etiraf etsə də, hər hansı atışmanın olmadığını bildirmişdi. Həmçinin Azərbaycan Müdafiə Nazirliyi hər hansı insidentin olmadığını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR