İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ və Şərqi Zəngəzurdakı işlərə son iki ildə 4.8 milyard manatdan çox vəsait ayrılıb - Tahir Mirkişili

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Büdcə müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.

Musavat.com-un məlumatına görə, o, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Qanununun 12-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi və Büdcə Zərfinə daxil olan digər qanun layihələri Milli Məclisin müzakirəsinə təqdim olunub. Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanununun 15-ci maddəsinə uyğun olaraq zərfə daxil olan layihələrə dair Hesablama Palatasının hazırladığı rəy deputatlara təqdim edilib: “Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin və Milli digər komitələrinin iclaslarında hökumət üzvlərinin və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub. Milli Məclis sədrinin göstərişi ilə komitə iclasına Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri və nümayəndəri dəvət olunmuş və onlara peşəkar müzakirələr üçün müvafiq imkanlar yaradılıb. Hesab edirik ki, belə bir imkanın yaradılması Büdcə Zərfinə daxil olan layihələrin ətraflı müzakirəsinin inkluzivliyini təmin etməklə yanaşı dövlət başçısı tərəfindən ölkədə aparılan siyasi islahatların və siyasi dialoq mühitinin bir daha ali qanunverici orqanda öz əksini tapmasının bariz nümunəsidir.

T.Mirkişili qeyd etdi ki, başa çatmaqda olan 2022-ci il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olub: “Bir neçə gün öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızın azad edilməsinin və Ermənistanın kapitulyasiya aktını imzalamasının 2-ci ildönümünü qeyd etdik. Hər il Zəfər bayramını qeyd etmək ilin indidən sonra da ən mühüm uğuru olacaq. Zəfərimizin əbədi olması üçün cari ildə də azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılmış, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilmiş, Zəgilan Beynəlxalq Hava Limanı açılmış, Laçın şəhəri nəzarətimizə keçmiş, Laçın koridorunun marşrutu dəyişdirilmiş, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilmişdir. Qeyd edim ki, bu işlərin aparılması üçün son 2 ildə dövlət büdcəsindən 4.8 milyard manatdan çox vəsait ayrılıb”.

Komitə sədri bildirdi ki, bütün çətinliklərə, təzyiqlərə və təhlükələrə baxmayaraq, həyata keçirilən işlər Azərbaycanın və onun dövlət başçısının qurucu niyyətinin, iradəsinin, siyasi və iqtisadi gücünün yenidən bütün dünyaya nümayişidir: “Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq illər öncə həyata keçirilən infrastruktur, enerji marşrutları və nəqliyyat koridorları bu gün ölkə iqtisadiyyatına mühüm yeni imkanlar yaratmaqdadırlar”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR