İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçısı Moskvada - Foto

Qarabağdakı qondarma rejim rəhbərinin “xüsusi tapşırıqlar üzrə səfiri” Masis Mailyan Rusiyaya gedərək Moskvada bir sıra görüşlər keçirib.

Musavat.com bu haqda erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, Mailyan səfəri çərçivəsində Moskvada Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan və bir qrup erməni diplomatla görüşlər keçirib.

Qarabağ separatçısının Rusiyaya səfərinə imkan yaradılması faktı Kremlin başlatdığı Ruben Vardanyan oyununun tərkib hissəsidir. Beləliklə, Rusiya ikibaşlı oyununu davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR