Onlayn ictimai-siyasi qəzet
Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"ın hücumçusu Leandro Andradeyə elçi düşüb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Leandro Andrade komandanı tərk etmək üzrədir.
O, Macarıstanın "Ferentsvaroş" klubunun transfer siyahısına düşüb. Budapeşt təmsilçisinin yarımmüdafiəçini yaxından izlədiyi bildirilir.
Macarıstanlılar hələlik gözləmə mövqeyindədirlər. Klub rəhbərliyi rəsmi təklif üçün yaya qədər gözləyəcək. Transfer pəncərəsində "Ferentsvaroş"un Andrade üçün "Qarabağ"a təklif göndərəcəyi bildirilir.
Qeyd edək ki, daha öncə "Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao "Ferentsvaroş" klubuna transfer olunmuşdu.
11 Fevral 2025
10 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ