İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ demokratiya mahnıları ilə təslim oldu, Ermənistan sülh nəğmələri ilə" - Aşotyan

“Qarabağ demokratiya mahnıları ilə təslim edildi, Ermənistan isə sülh haqqında mahnılara təslim edilir”.

Konkret.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan bu gün “Daimi müharibə” mövzusunda müzakirə zamanı bildirib.

O bildirib ki, 2018-2020-ci illər ərzində Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazda daha az təmsil olunması üçün hər şeyi edib.

“2020-ci ilə qədər regionda yaranmış bu geosiyasi boşluğu Türkiyə doldurdu və bəli, Nikol Paşinyan öz axmaq siyasəti ilə Türkiyəni Cənubi Qafqaza, Qarabağa dəvət etdi və bu acı həqiqətdir”, – deyə Aşotyan bildirib.

Onun sözlərinə görə, yalançı demokratiya haqqında qışqıran Nikol Paşinyan Qarabağı təslim edib.

“Qarabağ demokratiya haqqında mahnılara təslim oldu, 2020-ci ildən sonra isə Ermənistan sülh haqqında mahnılara təslim edilir”, – o deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR