İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”da işləmiş şəxs “Neftçi”dən təklif aldı, vəzifəsindən ayrılmağa qərar verdi

“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak mayın əvvəlində qayıtdığı “Hatayspor”dan növbəti dəfə ayrılmaq üzrədir.

Türkiyəli funksioner idman direktoru postundan istefa vermək niyyətində olması barədə Super Liqa klubunun rəhbərliyini məlumatlandırıb.

O, buna səbəb kimi Azərbaycandan daha sərfəli və perspektivli təklif almasını göstərib. Belə ehtimal var ki, ona dəvət göndərən klub “Neftçi”dir.

Vaxtilə “Qarabağ”da Qurban Qurbanovun köməkçisi olmuş, 2013-2014-cü il aralığında “Qəbələ”ni çalışdırmış Kavlak mayın 5-də idman direktoru vəzifəsinə təyin edilib.

O, son olaraq “Adanaspor”da baş məşqçi kimi işləyib. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR