Onlayn ictimai-siyasi qəzet
Leandro Andradeyə elçi düşən "Rubin"in "Qarabağ"a nə qədər təzminat ödəməyə hazır olduğu dəqiqləşib.
Rusiya klubu yarımmüdafiəçinin transferi üçün 1,5 milyon avro təklif edib.
"Köhlən atlılar" Kazan təmsilçisinin çağırışına mənfi reaksiya göstərib. 24 yaşlı legioneri satmağa hazırlaşmadıqları barədə qarşı tərəfi məlumatlandırıblar.
Müqavilə ilə 2025-ci ilin yayına qədər "Qarabağ"a məxsus olan kabo-verdeliyə daha öncə Çinin Superliqa təmsilçisi "Şanxay Şenxua"nın dəvət göndərməsini xatırladaq.
Afrikalı 2022-ci ilin yayından "Qarabağ"da oynayır. O, bu mövsüm "Qarabağ"la bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 10 qol vurub, 9 qolun isə ötürməsini verib. (sportinfo.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ