İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dənizin Batumi sahilində “Hopa” bazarında güclü yanğın olub

Fevralın 13-də günün ikinci yarısında Batumidə Qara dənizin Batumi sahilində, çimərliyə yaxın ərazidə güclü partlayış olub.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisə yerində araşdırma aparır.

Lakin hələlik partlayışın səbəbi və nəyin partlaması barədə məlumat verilmir.

Hadisə şahidləri isə bildirirlər ki, partlayışdan bir qədər əvvəl suyun üzündə “dəniz minası”na bənzər əşya görüblər.

Bəzi məlumatlara görə, mina sahilə qasırğa nəticəsində gəlib.

Partlayışdan bir az sonra isə Batumidə yerləşən “Hopa” bazarında güclü yanğın baş verib. Nəticədə avtomobil ehtiyat hissələri mağazası yanıb.

Bildirilir ki, yanğın nəticəsində sahibkarlara 100 min laridən çox ziyan dəyib.

Hadisə yerində bir neçə xilasedici qrupu, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Yanğın səhər saatlarında lokallaşdırılıb.

Bəzi məlumatlara görə, partlayış və yanğın bir-biri ilə əlaqədardır və əhali arasında təşviş yaratmaq məqsədilə törədilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR