İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dəniz üzərində "Boeing" və iki qırıcı görnüb

Qara dənizin Krım sahillərində Böyük Britaniya hərbi hava qüvvələrinə məxsus “Boeing” və iki qırıcı təyyarə kəşfiyyat uşuşu aparıb.

APA xəbər verir ki, bu barədə "Flightradar" xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, “Boeing”in marşrutunun başlanğıcını müəyyən etmək mümkün olmayıb.

O, Rumıniya üzərində dövrə vurub, sonra Şərqə doğru uçub.

Bundan əvvəl Qara dənizdə Amerikaya məxsus strateji kəşfiyyat pilotsuz uçan aparatı görünüb.

Verilən məlumata görə, "FORTE11" çağırış nişanlı "RQ-4B Global Hawk" pilotsuz təyyarəsi çərşənbə axşamı, fevralın 7-də İtaliyanın Siciliya adasındakı Siqonella hərbi-hava bazasından havaya qalxıb. Qara dəniz üzərində, Rusiya sərhədlərinə yaxın dövrə vurur

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR