İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaqauz türklərinin xanım başqanı Kişinyov aeroportunda saxlanıldı – Rusiya izi, siyasi maliyyə qalmaqalı

Musavat.com xəbər verir ki, Moldovanın muxtar bölgəsi olan Qaqauziyanın rəhbəri (başqanı) Yevgeniya Qutsul bu gün Kişinyov beynəlxalq aeroportunda ölkədən çıxmağa cəhd edərkən saxlanılıb. Bu barədə Moldovanın yerli media orqanları məlumat yayıb.

Prokurorluğun açıqlamasına görə, Qutsul barəsində 72 saatlıq ilkin həbs qərarı çıxarılıb. O, siyasi partiyanın qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

İstintaq orqanları hesab edir ki, 2019–2022-ci illər ərzində Yevgeniya Qutsul əsasən Rusiyadan daxil olan qanunsuz vəsaitlərin Moldovaya gətirilməsində və bu pulların seçki kampaniyalarının, siyasi strukturların maliyyələşdirilməsində iştirak edib.

Bu cinayət işi çərçivəsində həmçinin “Şor” Partiyasının keçmiş katibi Svetlana Popan da təqsirləndirilən şəxs kimi keçir. Prokurorluq indiyədək:

54 məhkəmə iclası keçirildiyini,
20-dən artıq şahidin dindirildiyini,
68 cildlik sübut materialının toplandığını bildirib.

Qutsul ittihamları qəbul etmir, lakin barəsində 7 ilədək azadlıqdan məhrumetmə və 5 il dövlət vəzifəsi tutmaqdan məhrumetmə cəzası istənilir.

Qaqauziya - Qaqauz Yeri kimdir və haradır?

Qaqauziya – Moldovanın cənubunda yerləşən, əksəriyyəti pravoslav türk xalqı olan qaqauzların yaşadığı muxtar bölgədir. Mərkəzi Komrat şəhəridir. Qaqauziyanın - Qaqauz Yerinin öz xalq məclisi və başqanı (rəhbəri) olsa da, Moldova Respublikasının tərkibində qalır.

Yevgeniya Qutsul 2023-cü ildə keçirilmiş seçkilərdə, iddialara görə Rusiyapərəst ritorika ilə çıxış etmiş və Kremlə yaxınlığı ilə tanınan “Şor” Partiyasının dəstəyi ilə Qaqauziya rəhbəri seçilmişdi.

İstənilən halda, bir türk liderin, Qaqauz Yerinun başqanının, hələ də bir xanımın həbsi narahatlıq doğurur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR