İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qaluzinin açıqlamasının mayasında bu yatır” - İLGİNC DETALLAR

“Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin əslində Ermənistan-Azərbaycan münasibətlərinin Rusiyanın nəzarətində aparıldığını ifadə etməyə çalışıb. Hər kəsə məlumdur ki, o, iki Cənubi Qafqaz ölkəsinin Rusiyasız addım atmayacağına işarə edib. Burada Qərbin müdaxiləsindən danışmasa da, Rusiyanın təsir dairəsi kimi ona kənar təsirlərin olmamasını da arzu edib”.

Bu sözləri Musavat.com-a Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib.

qafar.png (544 KB)

Ekspertin sözlərinə görə, Qaluzin “tələsik sənəd” deyərkən bunu nəzərdə tutur ki, iki Qafqaz ölkəsi razılaşarkən Rusiyanın patronajlığını qəbul etməlidir:

“Bu da onu göstərir ki, 2020-ci ildən bəri ortaya çıxan sülh müqaviləsinin imzalanmasında əngəl kimdir. “İrəliyə doğru hərəkəti asanlaşdırmaq” deyərkən Qaluzin əslində Rusiyanın patronajlığını təklif edir, Qərbin müdaxiləsinin minimuma endirilməsi üçün atılan addımlar da bunu sübut etməkdədir”.

Qafar Çaxmaqlının fikrincə, “uzunmüddətli davamlı sülhə təhlükə” deyərkən Qaluzin əslində bu sülhü şübhə altına alır:

“Bəllidir ki, münaqişə başa çatarsa, Rusiyanın burada edəcəyi bir şey qalmayacaq. Bu səbəbdən regional kommunikasiyaların açılmasında Rusiyanın mövqeyini bir daha dilə gətirir. Şübhəsiz ki, adı çəkilməsə də, 9 noyabr 2020-ci il sənədinin 9-cu bəndində nəzərdə tutulur ki, “Zəngəzur yolunda nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinə aid olacaq”.

İki ölkə arasında razılaşmaların olması indiki halda kimə sərf etmir? Qaluzinin açıqlamasında bunun cavabı yoxdur. Müharibənin başa çatmasından bu yana gəlişmələri izləsək, görərik ki, Rusiya sülh prosesinin başa çatması prosesinə də önəmli ölçüdə təsir edir. Rusiyanın istədiyi “minasız sülh sənədi”ndə onun özünün təsir imkanlarının genişləndirilməsi faktoru önə çəkilməkdədir. Qaluzinin açıqlamasının mayasında məhz bu yatır”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR