İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı fransalı senatordan Azərbaycana qarşı fitnəkar açıqlama

Fransa-Ermənistan dostluq qrupunun rəhbəri, senator Gilbert-Luc Dvinaz İrəvanda səfərdə olub. Onu baş nazir Nikol Paşinyan qəbul edib. Hökumətin mətbuat xidmətinin məlumatına görə, tərəflər “artsaxdakı vəziyyəti” müzakirə ediblər. Görüşdə həmçinin Azərbaycanda saxlanılan “erməni hərbi əsirlərin” və uydurma erməni mülki məhbusların qaytarılması, humanitar problemlər, o cümlədən Ermənistanda demokratiyanın inkişafı ilə bağlı məsələlərə də toxunulub.

Öz növbəsində fransalı parlamentari iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini qeyd edib. “Biz Ermənistan və ”artsax"ı dəstəkləməyə davam edəcəyik" deyən fransız deputat “artsaxın müstəqilliyini” tanıyan Fransa parlamentinin bədnam qətnaməsini xatırladıb. Bundan vəcdə gələn Paşinyan isə vurğulayıb ki, Senatın qəbul etdiyi həmin sənəd böyük siyasi əhəmiyyətə malikdir və “artsax” ermənilərinin hüquqlarının beynəlxalq səviyyədə tanınmasına mühüm stimul verir.

Xatırladaq ki, həmin qətnaməni Azərbaycan haqlı olaraq kağız parçası hesab edir. Bununla belə, göründüyü kimi, Fransada Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və barışığı əngəlləməyə çalışan, erməni lobbisinə bağlı qüvvələr, o cümlədən Gilbert-Luc Dvinaz kimilər hələ çoxdur və onlar hətta ölkəmizə qarşı yeni demarşa hazırlaşırlar.

Bəs bu cəhdlər nə dərəcədə sülhə mane ola bilər? Fransa Senatı təzədən aranı qata bilərmi? Əlavə edək ki, fransız senatorun Xankəndinə qanunsuz səfər edəcəyi də gözlənilirdi.

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı: “Ermənistanın Fransa kimi himayədarları prosesi pozmağa, ləngitməyə çalışırlar”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Azərbaycanla Ermənistan arasında müəyyən çətinliklərlə sülh danışıqları prosesi gedir, Ermənistanın bir çox siyasi qüvvələri və xarici havadarları isə buna mane olmağa çalışırlar: “Mən bu danışıqların nəticə verəcəyinə inanmıram, amma hər halda Azərbaycan bu danışıqlarla beynəlxalq öhdəliklərə sadiqliyini göstərir. Ermənistan bu danışıqların nəticə ilə yekunlaşmasında maraqlı deyil, ona görə də onların Fransa kimi himayədarları prosesi pozmağa, ləngitməyə çalışırlar. Fransanın rəsmi mövqeyi də bundan ibarətdir, qatı ermənipərəstələrdən ibarət ”dostluq qrupu"nun rəhbəri və üzvlərinin də mövqeyi aydındı. Sadəcə olaraq bilməliyik ki, ermənilərin və onların havadarlarının vəziyyəti bataqlıqda boğulan adamın vəziyyətinə bənzəyir, tərpəndikcə daha dərinə gedirlər.

Bizim üçün isə istənilən vəziyyət sərfəlidir. Əgər bu danışıqlar müsbət nəticə verəcəksə, qanuni haqqımızı alacağıq. Əgər ermənilər və havadarları prosesi pozsalar, yenə bizim xeyrimizə olacaq - tam əsasla hərbi əməliyyatları başlamaq haqqımız olacaq. Və nəticədə Azərbaycan hərbi yolla istədiyi nətəcələrə nail olacaq. Vaxt baxımından da bu, bizim xeyrimizə olacaq. Fransa Senatının aranı qatmaq gücü də yoxdur. Olsa-olsa özlərini “pis adam” edəcəklər. Xankəndinə qanunsuz səfərlərinin də qarşısını almaq üçün addım atmalıyıq. Bu həyasızlıqlarını hələ ki davam etdirirlər. Bir azdan buna son qoyacağıq".

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov: “Təxribatçı senatorların İrəvana səfərlərinin sülh sazişinin qarşısını alması mümkün olmayacaq”

Politoloq Xəyal Bəşirov da bildirdi ki, sülh prosesini pozmağa yönəlik cəhdlər var və bundan sonra da olacaq: “Çünki Azərbaycanın formalaşdırdığı yeni reallığı Fransada qəbul etməyən erməni lobbisi, ermənipərəst qüvvələr kifayət qədərdir. Ermənistana edilən o cür səfərlərdə verilən açıqlamalar, səsləndirilən bəyanatlar bundan qaynaqlanır: Ermənistan lobbi və diaspor təşkilatları Fransada güclüdür və İrəvana təsir imkanlarına malikdir. Azərbaycan Ermənistanla sülh sazişinin hazırlanması istiqamətində prosesi həyata keçirdiyi bir zamanda franaslı senatroun İrəvanda peyda olması, Paşinyanla görüşüb məlum bəyanatları verməsi təsadüfi deyil. Fransadakı erməni lobbisi sülh sazişinin imzalanmasına imkan vermək istəmir. Bu lobbi Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsinin də qarşısını almaq istəyir. Onlar heç bir vəchlə regionda sülhün bərqərar olmasına razı deyillər. Fransadakı erməni diaspora və lobbi təşkilatları bilirlər ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaqsa, Ermənistan-Türkiyə münasibətləri qurulacaqsa onların mövcudluğuna, fəaliyyətinə ehtiyac qalmayacaq. Ona görə də həmin o lobbi və diaspora təşkilatlarının nümayəndələri narahatdırlar. Paşinyana bütün gücləri ilə təsir etməyə çalışırlar.

Bu şəxslər hələ də qəbul edə bilmirlər ki, “Artsax” tarixin zibilliyinə atılıb, Azərbaycan öz ərazisində belə bir qondarma qurumun olmasına heç vaxt imkan verməyəcək. Fransız senatorun İrəvana gəlişi əslində şou xarakterli addımdır. Paşinyanın da onunla görüşdə səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətinə hesablanmış populist fikirlərdir. Paşinyan ölkənin təlatümlər yaşadığı bir dönəmdə erməni diaspora və lobbi təşkilatları, qrupları ilə bağlarını qırmaq istəmir. Fransız senatorla görüşməsi də bununla əlaqədardır. Mən düşünürəm ki, təxribatçı senatorların İrəvana səfərlərinin sülh sazişinin qarşısını alması mümkün olmayacaq".

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR