Onlayn ictimai-siyasi qəzet
Qalmaqallı aparıcı Viktoriya Bonya xəstəxanaya yerləşdirilib.
Everestə yollanan aparıcı dünyanın ən yüksək nöqtəsini fəth etməyi planlaşdırır. Lakin o, 5000 metrdən bir qədər çox hündürlükdə yerləşən baza düşərgəsinə çatanda Viktoriya xoşagəlməz bir sürprizlə üzləşib.
O, hündürlük xəstəliyinə tutulub: baş ağrısı, şiddətli zəiflik. Beləliklə, bir anda onun ürək döyüntüsü kritik səviyyəyə düşüb. Bu səbəbdən bloger müvəqqəti olaraq 2,5 min metr hündürlükdən aşağı enib həkimə müraciət etmək qərarına gəlib.
"Həkim dedi ki, məndə virus var və sağalmağım 3-4 gün çəkəcək. 3000 metrdə qalmaq istəmirəm və çox güman ki, Katmanduya uçacağam. Orada daha tez özümə gələcəyəm. sağalsam, Everestə uçacağam".
Xəstəxanada olan Viktoriyanın yanındakı insanların da səhhətində problem yaranıb. İnsanların hamısının qızdırması, qusma, ishal var, hətta ayağa qalxa bilmirlər.//Axşam.az
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ