Onlayn ictimai-siyasi qəzet
Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Men ştatının Demokrat qubernatoru Canet Mills arasında gərgin mübahisə baş verib.
Musavat.com xəbər verir ki, Tramp Men ştatını onun son fərmanına əməl etməyəcəyi təqdirdə federal maliyyələşdirmədən məhrum ediləcəyi ilə hədələyib.
Fərmana əsasən, transgender idmançılar öz gender kimliklərinə uyğun olaraq qadın idman komandalarında yarışa bilməz.
“Bunu etməlisiniz, əks halda federal maliyyələşdirmə almayacaqsınız”, – Tramp qubernator Millsə bildirib.
Qubernator isə cavabında deyib:
"Biz ABŞ-ın və ştatımızın qanunlarına əməl edəcəyik".
Trampın maliyyələşdirmənin dayandırılması ilə bağlı təhdidinə isə Mills belə cavab verib:
"Məhkəmədə görüşərik".
Tramp isə buna dərhal reaksiya verib:
"Bu, asan bir iş olacaq. Yenidən seçilmədiyiniz vaxt görüşərik".
@@TVmusavat/108976@@
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ