İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQAL! Lavrov Paşinyanı HƏDƏLƏDİ: Ağlınızı başınıza YIĞIN! Rauf Arifoğlu ilə CANLI

Rusiya hərbi bazası razılaşmaya uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində məqsədəuyğunluğunu müzakirə etmək zərərlidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına əsasən TASS-a eksklüziv müsahibəsində deyib.

“Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Ordunun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədlərinə əsaslanaraq imzalanıb”, - o bildirib.

Lavrov onu da qeyd edib ki, İrəvan Qərbin təlqininə uyaraq, Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır:

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbdən konkret yardıma deyil, yalnız qeyri-müəyyən vədlərə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışır. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur”.

“Rusiya ümid edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.

“Bu il Ermənistan alyansla bir neçə tədbirdə iştirak edib. İrəvan silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir və onun hərbi personalı Şimali Atlantika blokunun bəzi ölkələrində hazırlanır. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “parçala və hökm et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”, - o bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR