İnsanlara hürriyət, millətlərə istiqlal!

Elə əsnədi ki boynu sındı - İki uşaq anası FACİƏ ilə üzləşib

Böyük Britaniyada qeyri-adi bir hadisə baş verib.

Musavat.com xəbər verir ki, iki uşaq anası olan Heyli Blek təsadüfi əsnəmə zamanı ağır xəsarət alıb.

Qadının boynundakı fəqərələr zədələnib və nəticədə bədənin sağ tərəfi iflic vəziyyətinə düşüb.

Hadisə zamanı Blek kəskin ağrı hiss edib və ərindən təcili yardım çağırmasını istəyib. Əvvəlki rentgen müayinələri ciddi problem göstərməsə də, sonrakı araşdırmalar boyun sümüklərində qırıq olduğunu üzə çıxarıb.

Həkimlər onun üzərində əməliyyat apararaq müalicəyə başlayıblar. Qadının hərəkət qabiliyyəti qismən bərpa edilib, lakin o, indi hər əsnədiyi anda eyni dəhşəti yenidən yaşayacağı qorxusunu daşıyır.

Beləliklə, adi bir əsnəmə Blek üçün uzunmüddətli fəsadlarla nəticələnən faciəyə çevrilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR