İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalib respublikaçılar Baydenin oğluna hücum edirlər  

 

ABŞ Konqresinə keçirilən son seçkilərdə Nümayəndələr Palatasında çoxluğu ələ keçirən Respublikaçılar partiyasının deputatları prezident Co Baydenin 52 yaşlı oğlu Hunter Baydenin biznes əlaqələrini araşdırmaq üçün komissiya quracaqlar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Insider” saytı məlumat yayıb.

Bununla bağlı Respublikaçılar Partiyasının nümayəndələri, Nümayəndələr Palatasının Nəzarət və Məhkəmə Komitələrinin yeni sədrləri Cim Cordan və Ceyms Komer birgə mətbuat konfransı keçiriblər. Onlar Hanter Baydenə, habelə onun atasına korrupsiya ittihamları irəli sürüblər.

Respublikaçıların fikrincə, Co Baydenin vitse-prezidentliyi dövründə Hanter Bayden açıq şəkildə atasının soyadı və gücü ilə alver edib. Müxalif partiya oğul Baydenin beynəlxalq biznes məsləhətçisi kimi o, Ağ Evlə bağlantı qurmaq üçün müxtəlif adamlardan altı rəqəmli məbləğ tələb etdiyini bildirir. Kiçik Baydenə qarşı irəli sürülən ittihamlardan biri də onun Çin iş adamları ilə şübhəli əlaqələri ilə bağlıdır.

2013-cü ildə Hanter atasını Pekində rəsmi səfərdə müşayiət edib və burada Co Bayden çinli vençur kapitalisti Conatan Li ilə görüşüb. Li həmin görüşdən sonra Hanter Bayden və onun tərəfdaşları ilə özəl kapital fondu yaratmaq üçün müqavilə imzalayıb. Daha sonra başqa bir Çin maqnatı Hanter Baydenə 3 karatlıq almaz hədiyyə edib.

Hunter Baydenin itirilmiş notbunkunda əldə edilən digər sənədlər, ortaqlarının Co Baydenin bəzi maliyyə aktivlərini idarə etdiyini və vitse-prezidentin Delaverdə kommunal xidmətlər və ev təmiri xərclərini oğlunun hesablarından ödədiyini göstərir. “The New York Times”ın xəbərində Co Baydenin Ukraynadakı qurduğu əlaqələr sayəsində, Hanter Baydenin yerli “Burisma” şirkətinin İdarə heyətinə üzv seçildiyi qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR