Onlayn ictimai-siyasi qəzet
Türkiyə Süperliqasının 26-cı turunda keçirilən “Qalatasaray” – “Antalyaspor” (2-1) matçı ilə bağlı baş tutan hakim iclasının görüntüləri yayılıb.
Görüntülərdə adıçəkilən matçın hakimləri Abdulkadir Bitigenle Özgür Yankayanın (VAR hakimi) səhv qərar verdikləri barədə etirafı müzakirəyə səbəb olub.
İlcasa qatılan hakim təlimçisi Huq Dallas hər iki referidən niyə səhv qərar verdiyini soruşub. Bu zaman Hakim Abdülkadir Bitigenlə Cihan Aydın epizodun penalti olmadığını etiraf edib.
Həmçinin Özgür Yankaya da yanlış qərar verdiyini açıqlayıb:
“Səhv etdim. Hakim orada görmədiyini deyəndə, araşdırdım. Bu qərara etiraz edən oyunçular oldu, gözləntilərə baxdım. Bəzən belə yanlışlıqlara yol verə bilirik”.
Huq Dallas keçirilən iclasda problemin VAR-da yox, meydandakı hakimlərdə olduğunu deyib. Sızdırılan bu görüntülərdən sonra Türkiyə Futbol Federasiyası və “Qalatasaray” hərəkətə keçib.
TFF və “Qalatasaray”ın hakim dairələrində qalmaqal yaradan görüntülərin kimin lentə alıb sızdırdığı ilə bağlı cinayət işi açılacağı deyilib.
“Fənərbaxça”nın prezidenti Ali Koç keçirdiyi mətbuat konfransında hakimlərin martın 1-də iclas keçirdiklərini, “Qalatasaray” lehinə verdikləri penaltinin səhv olduğunu etiraf etdiklərini və bu görüntülərin Türkiyə Futbol Federasiyasının (TFF) əlində olduğunu demişdi.//Qafqazinfo
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ