İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalanın bilinməyən üzü: Şuşa maarifi haqqında elə bir FİLM çəkdilər ki! İIK DƏFƏ - VİDEO

Şuşa Azərbaycan üçün hər hansı bir şəhər deyil. Şuşa simvolaşmış dəyərlərin daşıyıcısı, millətin genetik kodlarının Qalası və Azərbaycan mədəniyyətinin, maarif və incəsənətinin mahiyyətində dayanan bir mərhələdir. Azərbaycan və Türk Dünyası üçün bu məkanın siyasi-strateji əhəmiyyəti qədər də ruhani və elmi-maarifçi əhəmiyyəti var.

Şuşanı dərindən araşdıranda, onun indi gözlə görünməyən, bəzən də heç açıq mənbələrdə, ya da arxivlərdə olmayan tərəfləri, cəhət və sifətləri ortaya çıxır. Bunlardan biri haqqında möhtəşəm əsər ortaya qoyulub. Elm və Təhsil Nazirliyi İctimai televiziya ilə birgə nazirliyin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun ssenari müəllifi olduğu “Şuşa maarifi” adlı sənədli-bədii film yaradıb. Bu film Şuşamızın bilinməyən dəyərlərindən daha birini üzə çıxardıb. İndiki və gələcək nəsillər bu araşdırmanı sevə - sevə mənimsəyəcəklər.

Musavat.com həmin filmi təqdim edir:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR