İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqaz tarixi üzrə alman tədqiqatçıdan Okampoya açıq məktub: “Birtərəfli ermənipərəst şərh...”

Alman alim, Qafqaz regionu üzrə tədqiqatçı, “Şuşanın irsi” kitabının, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı məqalələrin müəllifi, Dr. Mixael Raynhard Hess Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş ittihamçısı Luis Moreno Okampoya cavab yazıb. Hess sabiq hakimin hazırladığı “2023-ci ildə ermənilərə qarşı genosid. Ekspert rəyi”ndəki tarixi tezis və “faktlarla” bağlı cavab məktubu hazırlayıb. Onu cavab məktubunu Facebook və Tvitter/X, səhifələrində paylaşıb, eləcə də “Berlin Gulandot” nəşriyyatının internet səhifəsində yerləşdirib.

Dr. Hess elmi-tarixi faktlar əsasında və erməni müəlliflərin yazdığı əsərlərdən istifadə etməklə, Moreno Ocamponun yazdıqlarını tarixi faktlar və hadisələrin “açıq-aşkar təhrif olunması və birtərəfli ermənipərəst şərh və propaqanda” kimi dəyərləndirərək “Ermənistanın təbliğat maraqlarına xidmət edən spekulyasiya” adlandırıb.

Dr. Hess açıq məktubunda yazır ki, “sizin ermənilərin Artsax adlandırdığı Dağlıq Qarabağda əksərən ermənilər məskunlaşıb və onlar orada 20 əsrdən çoxdur ki, yaşayırlar” fikriniz çoxmənalı şərhlərə yol aça bilər. Hüquqşünas kimi Siz bilirsiniz ki, “həlledici məsələlərdə ikimənalı ifadələrə yol vermək olmaz”. Belə ki, etnik ermənilər ola bilsin oralarda yaşayıb, amma “əsrlərlə” orada çoxluq olaraq məskunlaşmayıblar”.

Alman tədqiqatçı yazır ki, tarixi fakta gəldikdə, heç bir şübhə yoxdur ki, “Artsax” erməni sözü deyil və onun erməni dilində etimologiyası yoxdur. Daha sonra müəllif əlavə edir: “Sizin cızdığınız xronoloji dövrdə onun mövcudluğunu sübut etmək mümkün deyil. Erməni müəllif Vardqes Mikaelyanın “yunan tarixçisi Strabonun(e.ə. 63-21) adını çəkdiyi Orxistina toponiminin Artsaxla eyniləşdirilməsinə” dair tezisi yalnız ehtimaldır və eramızın 5-ci əsrinədək mövcud olmayıb”. Məhz həm də bu səbəbdən tədqiqatçı alim Okamponun “əsasən ermənilər tərəfindən məskunlaşmış” ifadəsinin “tam fərziyyə” olduğunu əsaslandırır: “Əlbəttə, bizdə , nə eramızın başladığı dövrə aid, nə də 5-ci əsrdən sonrakı dövr də daxil olmaqla sonrakı müasir dövrə qədər dəqiq demoqrafik statistika yoxdur. Bu o deməkdir ki, bu bölgədə “əsasən ermənilərin məskunlaşdığı” bəyanatınızın şərhi də sırf spekulyativdir.”

“Dağlıq Qarabağ” termini yalnız 1918-ci ildə yaranıb və hətta erməni mənbələri əsasında gəlinən faktoloji nəticə budur ki, təxminən 1000 illik dövr ərzində, “1045-1921-ci illərdə “Artsax” rəsmi siyasi və inzibati termin kimi istifadə edilməyib” deyə, müəllif yazır.

hesss.jpg (32 KB)

Erməni müəlliflər Mikaelyan və Avakyanın əsərlərindən sitat gətirməklə Hess yazır ki, Qarabağ ermənilərinin Azərbaycanın Şuşa şəhərində 1919-cu il 22-26 iyul tarixlərində keçirdikləri Birinci Konqresində, sonra Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 12 iyun tarixli həm rus, həm də erməni dilində yaydıqları Bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə ediblər. Dr. Hess Okampoya sual verir ki, “əgər Sizin iddia etdiyiniz kimi, bütün tarix boyu “Artsax” mövcud olubsa, nəyə görə, ermənilər özləri də həm sovet, həm də ondan əvvəlki dövrdə Dağlıq Qarabağ terminindən istifadə ediblər və burada da sadəcə Azərbaycan sözünü erməni dilinə tərcümə edərək “Lernayin Karabax” kimi veriblər?!” Alman alim bu faktlara dair müəllifi olduğu və əvvəllər nəşr etdiyi kitablardan sitatlar gətirir: ““Artsax” sözünün Qarabağın ənənəvi Azərbaycan adının əvəzi kimi işlədilməsi yalnız sonradan həm Sovet İttifaqında, həm də xaricdə erməni separatçı, şovinist və antiazərbaycan təbliğatı nəticəsi olaraq yayılmağa başlayıb.”

Dr. Hess Okamponun Qarabağ “ekspert rəyindəki tarixlə bağlı arayışın açıq-aşkar təhrif”dən ibarət olduğunu sübut edir. Dr. Hess Okamponu etibarlı elmi mənbələrdən istifadə etməmək və yanlış terminologiya işlətməkdə də ittiham edib. Belə ki, jurnalist fəaliyyətinin nəticəsi olan “Light and Fulconbridge” məqaləsindən gətirilən sitat, “ermənilər xristiandır və eramızdan əvvələ gedib çıxan əsrlər boyu Qarabağ ərazində hökmranlıq ediblər” fikri ən azı 1045-ci ildən başlayaraq, sonrakı 1000 illik dövr ərzində və bu günədək olan zaman müddəti üçün saxtakarlıqdan başqa bir şey deyil. “Sizin bu Azərbaycan ərazisini “anklav” adlandırmağınız da səhvdir, “Qarabağın heç vaxt və heç bir hissəsi anklav olmayıb.”

Dr. Hess Okampanın antik dövrdə işlənən “Artsax” anlayışı ilə 20-ci əsrdə erməni millətçiləri tərəfindən yenidən döviryyəyə gətirilməsi arasında fərq qoymamasını “erməni millətçilərinin toponim, demoqrafik, siyasi və tarixi ardıcıllıq yaratmaq təbliğatı”na işləyən propaqanda adlandırır. Amma “heç vaxt əsrlərlə davam edən belə tarixi ardıcıllıq olmayıb”.

Dr. Hess Ocampanın Dağlıq Qarabağ ermənilərinin “1988-ci il 20 fevral tarixli Qətnaməs”ilə bağlı yazdıqlarını da tarixin təhrif olunması adlandırır və həmin azərbaycanlı əhalinin nümayəndələrinin iştirak etmədiyini və oradan qovulmasının dilə gətirilmədiyini bildirir.

“Sizin rəyinizi oxuduqdan sonra məndə təəssürat yaranıb ki, “Siz həm tarixi, həm də müasir dövr hadisələrini birtərəfli ermənipərəst mövqedə şərh etmisiniz”.

Sizin “aclıq vasitəsi ilə genosid” ittihamınız da, Fransanın Genosid haqqında konvensiyaya etdiyi qeyddən sitatınız da “heç inandırıcı deyil”, belə ki, “ermənilərin, kimi iddia etdiyi sayda 120 min insanın Qarabağ kimi bərəkətli, resursları və infrastrukturu olan bir bölgədə kökünün kəsilməsi təhlükəsi ola bilməz. Sizin məqalənizdə “Dağlıq Qarabağ ermənilərinin qrup şəklində aclıq yolu ilə ölməsi təhlükəsi”nə dair nəinki sübut, heç işarə də yoxdur.”

Dr. Hess Okampoya yazır ki, onun yazdığı mətnin əsas məğzində hüquqi məqamlar dayanır, bununla belə inandırıcı deyil. “Azərbaycanın Laçın koridorunda sərhəd buraxılışı məntəqəsi qurması genosidə hazırlıq üçün vasitə kimi şərh edilə bilər” fikriniz absurddur. Bütün ölkələr, o cümlədən ABŞ və Aİ üzvü dövlətlər öz sərhədlərində oxşar nəzarət məntəqələri qururlar ki, “insan alveri və qaçaqmalçılığın qarşısı alınsın, amma heç kim bu dövlətləri genosidə hazırlığa başlamaqda ittiham etmir” deyə, o bildirib.

Alman müəllif yazır ki, bir şəxsi, bir dövləti başçısına qarşı genosid etməkdə günahlandırmaq ən ağır hüquqi ittihamlardan sayılır. “Belə bir ittihamı əsaslı formada irəli sürmək üçünsə bütün şübhələr inandırcı şəkildə aradan qaldırılmalıdır.” Dr. Hess açıq məktubunu belə tamamlayır: “Açığını deyim ki, mətninizə daxil etməyi seçdiyiniz tarixi məqalədəki qüsurlar və qeyri-dəqiqliklər, eləcə də burada aydın görünən ziddiyyətlər, mənim fikrimcə, hökmün tələb olunduğu qədər etibarlı və aydın ola bilməyəcəyini göstərir”.

https://developers.facebook.com/docs/plugins/embedded-posts/?prefill_href=https%3A%2F%2Fwww.facebook.com%2Fmichael.berlinistanbul%2Fposts%2Fpfbid0RxEuSDRqn4iNTwRgtBHw6njN1gdhnTGFQe4W9VniUwc5EVvXUSwzP3361Z6Fhf2zl#code-generator

https://www.gulandot.de/mrhess/texte/open-letter-to-luis-moreno-ocampo/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR