Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Düşənbədə keçirilən MDB sammiti zamanı fikir ayrılığı yaşanıb. Buna iki ölkə arasında ticarət dövriyyəsinin həcmi səbəb olub.
Belə ki, MDB ölkələri ilə ticarət dövriyyəsinin həcminin artmasından danışan Putin Ermənistanla dövriyyəni misal göstərmək istəyib. O, Paşinyandan builki ticarət dövriyyəsinin həcmini soruşub.
Ermənistan Baş naziri “4 milyard” - deyə cavab verib.
Putin onun qiymətləndirməsi ilə razılaşmayaraq, ötən ilin ticarət dövriyyəsinin həcmini soruşub.
Paşinyan isə bu dəfə “9 milyard dollar” - deyə cavab verib.
Rusiya Prezidenti həm bu il, həm də keçən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin daha çox olduğunu vurğulayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ