İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə görüşən baş nazir nədən çəhrayı corab geyibmiş? – İzahat

Taylandın baş naziri Set Thavisin Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı geyindiyi çəhrayı corablar Tayland xalqının mədəni xüsusiyyətlərinə işarə edə bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri protokol üzrə ekspert Tatyana Baranova deyib.

“Bu, yerli mədəniyyətin özəlliyidir... Taylandda çəhrayı çərşənbə axşamının rəngidir. Onların həftənin günlərinə uyğun gələn ayrı-ayrı rəngləri var”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, belə qaydalar əhalinin inancları ilə bağlıdır. Bu baxımdan, corab rənginin bu seçimi dini əhəmiyyətə malikdir və tamamilə haqlıdır. T.Baranova qeyd edib. ki, son vaxtlar bir çox siyasətçilərin açıq rəngli corab geyinməsinə meyl var. Nümunə olaraq Baranova Kanadanın baş naziri Castin Trüdonu göstərib və deyib ki, o, çox vaxt parlaq naxışları olan corablar geyinir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR