İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə görüşdüyünə görə ÜZR İSTƏDİ

Sitka və Alyaska arxiyepiskopu Aleksi Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşdüyü üçün üzr istəyib.

Musavat.com xəbər verir ki, arxiyepiskopun açıqlaması Amerikadakı pravoslav kilsəsinin rəsmi saytında yayımlanıb.

O bildirib ki, Putini Ankoric Sammitində dinc qonaqpərvərlik ruhunda qarşılamaqla yaranan qalmaqaldan “dərin təəssüflənir”.

Aleksi qeyd edib ki, Sitka və Alyaska yeparxiyası Amerikadakı Pravoslav Kilsəsinin bir hissəsidir və missiyası Arktikadan Mərkəzi Amerikaya qədər bir çox xalqları, mədəniyyətləri və dilləri əhatə edir. O, həmçinin sülh üçün təşkil etdiyi üç günlük duaları xatırladaraq bildirib ki, onun hərəkətini kədər və ya çaşqınlıq səbəbi kimi qəbul edən hər kəsdən üzr istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR