İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yeni saatı: qiyməti, harada istehsal olunub, niyə sağ əlində?

 İstəyən olsa belə, eyni saatı almaq daha mümkün deyil...

Hitlerin qol saatı Merilend ştatında keçirilən hərracda 1 milyon dollardan artıq qiymətə satılıb. 

Hərrac sahibləri saat üçün 2-4 milyon dollar alacaqlarını gözləyirdilər. Hərrac evinin məlumatına əsasən, saat 1933-cü ildə Nasional Sosialist Partiyasının üzvləri tərəfindən Hitlerə verilib. Saat 4 may 1945-ci ildə Berlində, Hitlerin intiharından dörd gün sonra tapılıb. 

Şübhəsiz ki, son aylar dünyanın ən çox danışdığı Rusiya Prezidenti Vladimir Putinin hansı firmanın saatını taxtığı, qiyməti, hətta niyə sağ qolunda olduğu da çoxlarını maraqlandırır.

Məlumatlara görə, Vladimir Putin 11 saat modelindən ibarət kolleksiyanın sahibidir. Ümumilikdə məhsulların dəyəri təxminən 22 milyon rubl təşkil edir. Prezident uzun illər-daha doğrusu müharibədən bir qədər əvvələdək İsveçrə brendlərinin 5 və Almaniya istehsalı olan 1 saat modelindən daha çox istifadə edib. Son aylar isə onun qolunda yalnız bir saat görünür.

“Raketa” saat fabrikinin reklam və marketinq şöbəsinin rəhbəri Antonina Skurydina bildirib ki, Vladimir Putinin hazırda taxdığı “İmperator Peterhof fabriki”nin(İPF) saatı xüsusi sifariş əsasında hazırlanıb. IPF saat markası təxminən 2019-cu ildən bəri mövcuddur. Halbuki “Peterhof” saatlarının istehsal olunduğu fabrik 1721-ci ildə I Pyotr tərəfindən yaradılıb. 1950-1960-cı illərdə şirkət SSRİ-də dəb olan “Pobeda” və “Raketa” qol saatlarını istehsal edib.

Vladimir Putinin yeni saatı 1,5 milyon rubla başa gəlib. Eyni zamanda, istəyən olsa belə, eyni saatı almaq daha mümkün deyil. Zavod Putinin saatının eksklüziv qalması üçün bir daha qara oniksdən istifadə etməkdən imtina edib.

Müştəri bu zavodda saatı bəziyəcək daşın növünü, korpusun hazırlandığı qızılın rəngini seçir. Saatların kəməri timsah dərisindən hazırlanır və rəngi zövqə görə seçilə bilər. Hər bir nüsxə unikaldır, yığılma müddəti təxminən üç aydır. Çünki IPF saat mexanizminin yığılmasını və tənzimlənməsini yalnız bir usta həyata keçirir. Buna görə də bu marka altında ildə cəmi 40-a yaxın saat istehsal olunur.

Rusiya dövlət başçısı yeni saatı son olaraq İrana səfəri zamanı, ötən həftə keçirilən “Yeni zaman üçün güclü ideyalar” forumunun plenar iclasında, həmçinin Dövlət Dumasının rəhbərləri, fraksiya rəhbərləri ilə görüşlərində taxıb.

“İzvestiya” telekanalı xəbər verir ki, Sankt-Peterburqdakı “Raketa” zavodu sən demə, Paris Notr-Dam kilsəsi üçün saatı da yığırmış, amma artıq bununla bağlı işləri dayandırıb. Müəssisənin mütəxəssisləri bildiriblər ki, bu, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədardır. Fransa belə monumental saatların istehsal edə bilmir, “Raketa”nın isə dünyanın ən böyük mexanizminin - Moskvanın Mərkəzi Müasir İncəsənət Muzeyinin atriumunda saat istehsalında təcrübəsi var. Çəkisi 4,5 tondur və 5 mindən çox hissədən ibarətdir. Fransa Notr Damı 2024-cü ildə açmağı planlaşdırır.

Putinin saatı sağ əlinə taxmasına gəlincə, burada xüsusi sir yoxdur. Putin üçün rahat olduğu üçün saatı sağ əlinə taxır...

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR