İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin siyasətinə qarşı çıxan universitet dosenti qovuldu

Moskva siyasətçisi, Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin dosenti Mixail Lobanov işindən qovulub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat yayıb.

Sərəncamı bu il iyulun 7-də prorektor Andrey Fedyanin imzalayıb. Sənəddə nə fakültə dekanının, nə də rektor Viktor Sadovniçinin imzası var.

Lobanovun sözlərinə görə, işdən çıxarılması Əmək Məcəlləsinin maddələrinin pozulması ilə baş verib. Lobanov qərarın “görünməmiş kənar təzyiqlər” nəticəsində qəbul olunduğunu qeyd edib.

“Əminəm ki, rejimin qaçılmaz transformasiyasından və bütün repressiv qanunlar ləğv edildikdən sonra doğma Universitetdə dərs deməyə qayıdacağam”, - deyə müəllim yazıb.

Qeyd edək ki, Dövlət Dumasına keçmiş namizədin və “VıDvijeniye” platformasının həmtəsisçisinin mənzilində iki dəfə axtarış aparılıb. 2022-ci ilin dekabrında axtarış zamanı Mixail öz mənzilində döyülüb, 2023-cü ilin mayında isə onun mənzilinin qapısını sındırıblar.

Bu il iyunun 23-də Lobanov Rusiyada “xarici agent” elan edilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR