İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilərdə qaz olmayacaq

“Qum adası-Bayramzadə İEM” magistral qaz kəmərində, “Bahar” QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 18.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR