İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur "Faladdin" tətbiqinin sahibi həbs edildi

"Faladdin" və "Binnaz"ın qurucusu Sertaç Taşdelenə qarşı həbs qərarı verildi, əmlaklarına həbs qoyuldu

Musavat.com xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu mobil fal və astroloji tətbiqləri olan “Faladdin” və “Binnaz”ın qurucusu Sertaç Taşdelenin barəsində istintaq başladıb. İttihama əsasən, Taşdelen bu tətbiqlər vasitəsilə qurduğu bilişim sistemi üzərindən fal, astroloji, spiritizm və medyumluq xidmətləri göstərərək qanunsuz gəlir əldə edib və bu vəsaitləri xarici ölkələrə çıxarıb.

Rəsmi açıqlamaya görə, 2025/43514 saylı cinayət işi çərçivəsində 16 iyul 2025-ci il tarixində hüquqi tədbirlər görülüb. Mali Suçları Araşdırma İdarəsinin hesabatı, Ticarət Nazirliyinin Reklam Şurasının rəyi və ekspert rəyinə əsasən, Sertaç Taşdelenə məxsus bank hesabları, elektron pul təşkilatlarındakı aktivləri, avtomobilləri, dəniz nəqliyyatı vasitələri və Arteria Yazılım A.Ş.-dəki payları üzrə İstanbul Sülh Cinayət Hakimliyinin qərarı ilə həbs qərarı çıxarılıb.

Taşdelenə qarşı "fal baxmaq məqsədilə bilişim sistemi quraraq cinayət yolu ilə gəlir əldə etmə" və "cinayət gəlirlərini ölkədən çıxarma" ittihamları irəli sürülüb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR